Qala Elite Club

Yekun sığorta haqqı bu tarif cədvəli üzrə müəyyən olunmuş tarif dərəcələri əsasında hesablanmış sığorta haqqının üzərinə 150 AZN əlavə sığorta haqqının artırılması əsasında müəyyən edilir.

Bu tarif cədvəli ilk dəfə sığortalanan avtomobillər üçün tətbiq edilir. Yenilənən müqavilələr üçün tətbiq edilə bilməz.

Bu tarif cədvəli yalnız ban növü sedan, universal və xetçbek olan avtomobillər üçün istifadə oluna bilər.

Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün ikiqat şərtsiz azadolma tətbiq olunacaq.

Minimal sığorta haqqı: 400 AZN

Tarif cədvəllərinin şərtləri əsasında verilən sığorta təminatı yalnız Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Aşağıda göstərilən nəqliyyat vasitələrinin sığortalanması üçün mütləq anderrayterlərə müraciət edilməlidir:

  • Ban növü kupe, kabriolet olan avtomobillər
  • “Sportkar” sinifinə aid olan avtomobillər
  • İstənilən ekzotik, müstəsna olaraq istehsal olunmuş və Azərbaycanda rəsmi servis və satış mərkəzi olmayan avtomobillər
  • Qeyri-ənənəvi rəng örtüyünə malik avtomobillər (tutqun rəng, buqələmun və şəkilli rənglər və s.)
  • Silinderlərin sayı 10-dan çox olan avtomobillər
  • Tüninq olunmuş istənilən avtomobil

  • Həmçinin aşağıdakı marka və modellər:

    • BMW – M seriyası
    • Volkswagen – R line seriyası
    • Mercedes Benz – Brabus tüninqi
    • Rolls Royce, Aston Martin, Pontiac, Citroen, Bentley, Maseratti, Alfa Romeo, Saab

    Qeyd: Mercedes Benz, BMW və Porsche avtomobilləri üzrə rəsmi servis təminatı seçilərsə müvafiq cədvəldə qeyd olunan tarif dərəcəsinə 0,1 vahid əlavə olunacaqdır.

    *
    *
    *
    *