Bədbəxt hadisələrdən sığorta

Sığorta məqsədi
Sığorta olunan Şəxsin həyat və sağlamlığı ilə əlaqədar olan mülkiyyət maraqlarının sığortası.

Sığortaçı
Bu sığorta növü üzrə müqavilə bağlamağa icazəsi olan hüquqi şəxs.

Sığorta olunan sığorta obyektləri
İstənilən fiziki şəxs.

Sığorta hadisəsi
Sığorta olunanın ölümü ilə, iş qabiliyyətinin daimi və ya qismən itirilməsi ilə nəticələnən bədbəxt hadisə. Sığorta olunan Şəxsin təcili tibbi daşınması və repatriasiyası.

Sığorta riskləri
Bədbəxt hadisə nəticəsində: ölüm; bir və ya çox ətrafın, yaxud bir və ya hər iki gözün itirilməsi; əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi; əlillik.

Sığorta təminatından istisnalar

    Aşağıda qeyd olunan hallar nəticəsində, sığorta olunana dəyən xəsarətlər, istisnalara aiddir:
  • Sığorta olunanın spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olması
  • Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Sığorta olunanın hər hansı bir nəqliyyat vasitəsini idarə etməsi nəticəsində alınan xəsarətlər; Sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi, özünə qəsd etməsi və ya buna cəhd göstərməsi; Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri; Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər, epidemiya;
  • Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı ilə bağlı hər hansı idman növü ilə məşğul olması.

Sığorta hadisəsi haqqında məlumatın verilməsi
Sığorta hadisəsi baş verdikdə Sığorta olunanın dərhal Sığorta şirkətinə və ya Assistans şirkətinə məlumat verilməsi tələb olunur.

Sığorta məbləği
Sığorta məbləği, sığorta olunanın seçimi və viza tələb edən səfirliyin tələb etdiyi məbləğə uyğun olaraq təyin edilir.

Sığorta haqqı
Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.

Azadolam məbləği
Bu sığorta növündə azadolma tətbiq edilmir.


Sığorta təminatı əhatə ərazisi
Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.


Sığorta müqaviləsinin müddəti
Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir


Mübahisələrin həlli

Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.