Ümumi məsuliyyət sığortası

Onlayn müraciət

Məsuliyyət sığortası növləri
Hər bir hüquqi şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi dövr ərzində, gözlənilməyən halda, bir sıra hadisələr, qəzalar ilə qarşılaşır ki, bunlar da üçüncü şəxslərə ziyan və zərərlərin vurulması ilə nəticələnir. Həmin gözlənilməz hallardan, onların səbəb olduğu zərərlərdən müdafiə olmaq və dəymiş zərərlərin Sığortaçı tərəfindən qarşılanmasını təmin etmək üçün Qala Sığorta öz müştərilərinə aşağıda qeyd olunan məsuliyyət sığortası növlərini təqdim edir:

Peşə məsuliyyətinin sığortası
Bu sığorta növü sığortalının peşə fəaliyyətindəki səhlənkarlığı, səhvi və ya peşəkar davranışındakı qüsurların nəticəsində üçüncü şəxslərə vurulmuş zərərlərin ödənilməsi üzrə təminat verir.

İşəgötürənin məsuliyyətinin sığortası
Bu sığorta növü işçilərin öz əmək vəzifələrini yerinə yetirdikləri zamanı ölməsi, bədən xəsarəti alması və/və ya sağlamlığının pozulması ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyan işəgötürənin əmlak maraqlarının müdafiəsini təmin edir.

Üçüncü şəxslər qarşısında ümumi məsuliyyət sığortası
Sığortanın bu növü üçüncü şəxslərin sağlamlığına, həyatına və/və ya əmlakına zərər vurmağa görə sığortalının mülki-hüquqi məsuliyyətinə uyğun olaraq sığorta təminatı verir. Sığorta təminatı:üçüncü şəxslərin sağlamlığına, həyatına və/və ya əmlakına zərər vurmaqla bağlı sığortalının məhkəmə və bütün digər xərclərinin qarşılanmasıdır.  

Məhsula görə məsuliyyət
Sığortaçı, sığorta müddəti ərzində məhsulların qüsurlu olması nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və/və ya əmlakına zərər dəyməsinə görə sığortalının müqavilədə göstərilən qaydada hüquqi məsuliyyət daşıdığı zərərin əvəzini ödəmək üçün ortaya çıxan məbləğlərə görə (iddiaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) sığorta ödənişi verməyi öhdəsinə götürür.