Yüklərin sığortası

Yük sığortası

Yükün xüsusiyyətlərindən asılı olmayaraq istənilən yükün daşınması zamanı itkilərin olması ehtimalı yaranır. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də malların yolda qismən zədələnməsinin üzərinə düşür. Bu cür problemlərin ən optimal həlli yük sığortası üzrə təminatın alınmasıdır.

Sığorta riskləri

Sığorta təminatı müştərilərin istəklərindən asılı olaraq dəyişə bilər. “Qala Sığorta” yük sığortasının çoxəsrlik təcrübəsinə əsaslanaraq təminatı “bütün risklərdən” prinsipi ilə təqdim edir, o cümlədən:

  • oğurluq, soyğunçuluq, qulduqluq
  • üçüncü şəxslər tərəfindən yükün qəsdən və bilməyərəkdən zədələnməsi
  • daşıma vasitəsi ilə birlikdə yükün itkin düşməsi
  • yanğın, partlayış
  • yol-nəqliyyat hadisəsi
  • qəza, aşma, toqquşma
  • təbii və digər fəlakətlər
  • müqavilə şərtləri ilə istisna olunmayan digər hallar