Qaydalı KASKO

Onlayn müraciət Kalkulyator

  • Yol-nəqliyyat hadisəsi nəticəsində sürücünün təqsirsiz olduğu sənədlə sübut olunduğu hallarda azadolma məbləği tətbiq edilməyəcəkdir;
  • Əlavə olaraq sürücü və sərnişinlərin fərdi qəza sığortası və Avtomobil sahibinin mülki məsuliyyətinin sığortası üzrə təminat Qala Sığorta tərəfindən hədiyyə olunur;
  • Məhsul fiziki şəxslərə məxsus minik nəqliyyat vasitələri üçün təqdim olunur.

Sığorta məbləği: 10 000 AZN - 85 000 AZN-dək olan nəqliyyat vasitələri

İstehsal ili Standart təminat Rəsmi servis təminatı Şərti azadolma
Rəsmi servis (2019 - 2024)
3.06% 3.40%   100
Standard təminat (2016 - 2024)
Standard təminat (2009 - 2015) 3.45% -


Sığorta məbləği: 85 000 AZN - 150 000 AZN-dək olan nəqliyyat vasitələri

İstehsal ili Standart təminat Rəsmi servis təminatı Şərti azadolma
Rəsmi servis (2019 - 2024)
3.35% 3.70%   100
Standard təminat (2016 - 2024)
Standard təminat (2009 - 2015) 3.55% -

Əlavə olaraq təklif edilən xidmətlər:

  • Ayıq sürücü xidməti
    Müqavilə müddəti ərzində 2 dəfə (Ərazi: Bakı ş.)
  • Avtomobilin xarab olması nəticəsində evakuator xidməti
    Müqavilə müddəti ərzində 2 dəfə (Ərazi: Bakı ş.)
  • Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası
    Bir yer üçün sığorta məbləği - 3000 AZN
    Bir yer üçün tibbi sığorta xərcləri - 50 AZN
  • Üçüncü şəxslərə qarşı mülki məsuliyyət sığortası
    Sığorta məbləği – 3000 AZN

Qeyd:

  • Sığorta haqqının ödəniş qaydası - rüblük;
  • Bu tarif cədvəli ilk dəfə sığortalanan avtomobillər üçün tətbiq edilir. Yenilənən müqavilələr üçün tətbiq edilə bilməz;
  • Bu tarif cədvəli yalnız ban növü sedan, universal və xetçbek olan avtomobillər üçün istifadə oluna bilər;
  • Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan sürücülər (təqsirkar olduğu halda) üçün ikiqat şərtsiz azadolma tətbiq olunacaq;
  • Minimal sığorta haqqı: 250 AZN;
  • Tarif cədvəllərinin şərtləri əsasında verilən sığorta təminatı yalnız Azərbaycan Respublikasının ərazisini əhatə edir.
Aşağıda göstərilən nəqliyyat vasitələrinin sığortalanması üçün mütləq Anderraytinq şöbəsinə müraciət edilməlidir:
  • Ban növü kupe, kabriolet olan avtomobillər;
  • “Sportkar” sinifinə aid olan avtomobillər;
  • İstənilən ekzotik, müstəsna olaraq istehsal olunmuş və Azərbaycanda rəsmi servis və satış mərkəzi olmayan avtomobillər;
  • Qeyri-ənənəvi rəng örtüyünə malik avtomobillər (tutqun rəng, buqələmun və şəkilli rənglər və s.);
  • Silinderlərin sayı 10-dan çox olan avtomobillər;
  • Tüninq olunmuş istənilən avtomobil.
Həmçinin aşağıdakı marka və modellər:
  • BMW – M seriyası;
  • Volkswagen – R line seriyası;
  • Mercedes Benz – Brabus tüninqi;
  • Rolls Royce, Aston Martin, Pontiac, Citroen, Bentley, Maseratti, Alfa Romeo, Saab;
  • Qeyd: Mercedes Benz, BMW və Porsche avtomobilləri üzrə rəsmi servis təminatı seçilərsə müvafiq cədvəldə qeyd olunan tarif dərəcəsinə 0,1 vahid əlavə olunacaqdır.